30 600 manatı mənimsəyənlər həbs edildi
20 Fevral 2013 Çərşənbə 09:19
Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi Ağdamda işçilərin öz şirkətinə 30 min manatdan artıq ziyan vurduğunu aşkar edib.
Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi Ağdam rayonunda işçilərin öz şirkətinə 30 min manatdan artıq ziyan vurduğunu aşkar edib. Respublika Baş Prokurorluğunun mətbuat xidmətindən ANS PRESS0-ə verilən məlumata görə, "Bank Olmayan Kredit Təşkilatı Caspian Invest" MMC-nin vurulmuş maddi ziyanın qaytarılması barədə müraciəti üzrə Ağdam rayon məhkəməsi tərəfindən çıxarılmış xüsusi qərardada Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində baxılıb və fakta görə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılıb.
Müəyyən olunub ki, şirkətin kredit işçisi Əliyev İba Mərdan oğlu 2010-cu ilin avqust ayından 2011-ci ilin yanvar ayınadək olan dövr ərzində ona etibar edilmiş külli miqdarda özgə əmlakını ələ keçirmək məqsədilə Cəmiyyətin xəzinədarı Göyüşov Taryel Camal oğlu və Ağdam rayon sakini Əmirov Ceyhun Əli oğlu ilə qabaqcadan əlbir olaraq ayrı-ayrı vətəndaşların adlarına saxta kreditlər rəsmiləşdirməklə 30 min 600 manat məbləğində özgə əmlakını mənimsəmə yolu ilə talayıblar.
İ. Əliyev, Göyüşov və Əmirov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddə ilə ittiham elan edilib və cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən korrupsiya hüquqpozmaları ilə əlaqədar müxtəlif sahələr üzrə 118 cinayət işinin istintaqı davam etdirilir. Həmin cinayət işlərinin nəticəsinə dair ictimaiyyətə məlumatın verilməsi təmin ediləcək.
DOSTLARINLA PAYLAŞ: