Heydər Əliyev Sarayı pulsuz internet təklif edir
01 Fevral 2013 Cümə 16:37
Bundan sonra Sarayın xidməti girişində, mərtəbələrdə və qrim otaqlarında internetdən yararlanmaq mümkün olacaq.
Heydər Əliyev Sarayı bu gündən beynəlxalq standartlara uyğun, ən yüksək səviyyəli xidmət göstərmək məqsədilə Wİ-Fİ zona ilə əhatə dairəsini daha da genişləndirib. Sarayın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bundan sonra yerli və xarici artistlər, kollektivlər Sarayın xidməti girişində, mərtəbələrdə, qrim otaqlarında və s. yerlərdə pulsuz (free) internetdən istifadə edə biləcəklər.

Xatırladaq ki, Heydər Əliyev Sarayı 2012-ci ilin may ayının 1-dən Sarayın tamaşaçı foyesində (3000 kv.m) simsiz internetə sərbəst çıxışlı zona yaradaraq öz tamaşaçılarını sevindirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar