Hazırda Bakıda hansı yollar bağlıdır?
18 Fevral 2013 Bazar Ertəsi 13:09
Bakıda təmir-tikinti işləri ilə əlaqədar bəzi yollar bağlanıb.
Bakıda təmir-tikinti işləri ilə əlaqədar bəzi yollar bağlanıb. ANS PRESS-in Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə istinadən verdiyi məlumata görə, Məhəmməd Füzuli küçəsi təmir-tikinti işləri ilə əlaqədar bağlı olduğundan alternativ yol kimi Ş.Əzizbəyov küçəsindən (Şıxəli Qurbanov küç. istiqamətində) və Salatın Əsgərova küçəsindən (Səməd Vurğun küç. istiqamətində) istifadə etmək mümkündür. Səməd Vurğun küçəsində təmir-tikinti işləri ilə əlaqədar isə yolun 2 zolağı bağlıdır.
Eyni zamanda, Müzəffər Nərimanov küçəsi Heydər Əliyev prospekti ilə kəsişmə istiqamətində tunel və piyada keçidinin tikintisi ilə əlaqədar bağlı olduğundan alternativ yol kimi M.Araz küçəsindən ("Ulduz" metrosu) və Ələsgər Qayıbov küçəsindən istifadə etmək mümkündür. Həmçinin H.Əliyev prospekti M.Nərimanov küçəsi ilə kəsişməsində kənar yollar tunel və piyada keçidinin tikintisi ilə əlaqədar olaraq bağlı olduğundan kənar yoldan əsas yola keçmək olar.
Yeni metro stansiyasının tikintisi ilə əlaqədar Ceyhun Səlimov küçəsi bağlı olduğundan Tbilisi prospektindən və A.Salamzadə küçəsindən alternativ yol kimi istifadə etmək məsləhət görülür. Bundan başqa Z.Bünyadov prospektində tikinti və təmir-bərpa işləri ilə əlaqədar prospektin bəzi hissələri bağlanıb. Lakin yolun bağlı hissələrində kənar yollarda hər iki istiqamətdə hərəkət var.
DOSTLARINLA PAYLAŞ: