Gülər Əhmədova əmlaklarını bir-bir itirir
16 Fevral 2013 Şənbə 13:15
Həbsdəki sabiq deputat Gülər Əhmədovanın mülkləri əlindən alınır.
Sabiq YAP-çı deputat Gülər Əhmədovanın fevralın 13-də baş verən qəfil həbsi ölkə gündəminin əsas mövzusu olaraq qalmaqdadır. Biabırçı rüşvət videoqalmaqalının qurbanı olan sabiq deputatın artıq bütün əmlakı siyahıya alınıb.

Yayılan xəbərlər arasında o da var ki, sabiq deputatın paytaxt Bakıdakı bir neçə böyük obyekti ələ keçirilib. Xəbərdə deyilir ki, sonuncu dəfə Gülər Əhmədovanın Bakının mərkəzində, “İçərişəhər” metrosunun yaxınlığında, Şeyx Şamil küçəsi, 2 ünvanında yerləşən və qadın gözəllik mərkəzi kimi fəaliyyət göstərən “Monika beauty center” salonu əlindən alınıb. İki mərtəbədən ibarət olan və 132 saylı orta məktəbə bitişik bu bina indi iki ayrı firmaya icarəyə verilib.

Sabiq YAP-çı deputata məxsus olan və ərzaq və uşaq oyuncaqları mağazalarının yerləşdiyi obyektin yeni sahibinin kimliyi isə bilinmir. Mağazanı icarəyə götürdüklərini deyən obyektin işçiləri bu binanın əvvəllər “Monika” gözəllik salonu kimi fəaliyyət göstərdiyini təsdiqlədirlər. Onlar bilirdilər ki, bir müddət əvvəl gözəllik salonu buradan çıxarılıb və boş yer icarəyə verilib.

Ərazidə olarkən onu da öyrəndik ki, “Monika” gözəllik salonunun digər şöbəsi Bakının Əhmədli qəsəbəsində fəaliyyət göstərir. G.Əhmədovanın yaxın qohumu tərəfindən işlədilən bu gözəllik salonu isə ötən ilin dekabrında naməlum səbəblərdən bağlanıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar