Gəncə dairəvi yolu bu il istifadəyə veriləcək
01 Avqust 2012 Çərşənbə 14:12
Gəncə dairəvi avtomobil yolu bu il ərzində istifadəyə veriləcək.
Bu barədə «APA-Economics»ə «Azəryolservis» ASC-dən bildirilib.
ASC-dən verilən məlumata əsasən, Gəncə dairəvi avtomobil yolu Bakı-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun bir hissəsi olmaqla yanaşı, Azərbaycan iqtisadiyyatında, turizmin inkişafında və beynəlxalq tranzit daşınmalarında vacib böyük rol oynayır.
«Yolun yenidən qurulması iki layihə üzrə həyata keçirilir ki, 1-ci layihədə mövcud 37,5 km uzunluğunda 3-cü dərəcəli avtomobil yolunun yenidən qurulması hesabına 2-ci dərəcəyədək təkmilləşdirilməsi, 2-ci layihə üzrə isə Gəncə dairəvi hissəsi (37,5 km) də daxil olmaqla 88,5 km uzunluğunda Yevlax-Gəncə avtomobil yolunun yenidən qurulması hesabına əlavə 2 zolaq tikilərək 1-ci dərəcəyə uyğun təkmilləşdirilməsi nəzərdə tutulub», - deyə «Azəryolservis»dən bildirilib.
ASC-dən həmçinin qeyd olunub ki, yol boyu 4 körpü, 3 yol qovşağı, 3 yerdə piyada keçidi, 4 avtobus dayanacağı və müxtəlif diametrli boruların tikintisi işləri aparılır. Layihə üzrə işlərin artıq 70%-i yerinə yetirilib. Gəncə şəhərinin prespektiv inkişaf planına uyğun nəzərdə tutulan bu dairəvi yolun 2012-ci ildə istifadəyə verilməsi planlaşdırılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar