Gələn il rəqəmsal yayıma keçirik
23 Dekabr 2012 Bazar 10:45
Aztəminatlıların çevirici qurğularla təmin edilməsi üçün hökumətə müraciət olunub.
Gələn il Azərbaycanda analoq TV yayımları dayandırılaraq tamamilə rəqəmli TV yayıma keçirilməsi nəzərdə tutulub. Nazirlikdən verilən məlumata görə, hazırda rəqəmli TV yayımını qəbul etmək üçün Bakı şəhəri ilə yanaşı, respublikanın bölgələrində də rəqəmli televizor və çevirici qurğuların satışı təşkil edilib.
Əhalinin aztəminatlı təbəqəsinin dövlət hesabına çevirici qurğularla təmin edilməsi üçün isə hökumətə müraciət olunub.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən görülmüş tədbirlər nəticəsində hazırda ölkə ərazisinin 87 faizi rəqəmli TV yayımı ilə əhatə olunub.
DOSTLARINLA PAYLAŞ: