FHN yanğın kəşfiyyat robotu alıb
23 Fevral 2013 Şənbə 13:26
Azərbaycana satılan yanğın kəşfiyyat robotu neft müəssisələri üçün nəzərdə tutulur.
Azərbaycan Fövqəladə Hallar Nazirliyi Türkiyənin "Elektroland" şirkətindən yanğınsöndürmə robotu alıb. Bu barədə APA-ya “Elektroland” şirkətinin direktoru Fərhad Uğur məlumat verib. Şirkət rəhbərinin sözlərinə görə, bu robotlar uzaqdan komanda olunur. Yanğın baş verən əraziyə daxil olaraq orada xilasetmə və yanğınsöndürmə, habelə yanğın kəşfiyyatı apara bilir. Azərbaycana satılan robot neft müəssisələri üçün nəzərdə tutulur.

F.Uğur qeyd edib ki, təmsil etdiyi şirkət Türkiyədə uzaqdan komandalı insansız vasitələrin ilk istehsalçısıdır. Şirkət yanğın robotları ilə yanaşı bomba zərərsizləşdirən, həmçinin xüsusi əməliyyatlar üçün üzəri silahlı robotların da istehsalını həyata keçirir. Bu sahədə də Azərbaycanla həm istehsalın yaradılması, həm də satışla bağlı görüşmələr aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar