Ölkə

Elmar Vəliyev ANS-ə danışdı

Xocalı soyqırımının 21-ci ildönümü ərəfəsində Gəncədə anım tədbirləri keçiriləcək.

· Xəbərçi
Elmar Vəliyev ANS-ə danışdı
Xocalı soyqırımının 21-ci ildönümü ərəfəsində Gəncədə anım tədbirləri keçiriləcək. Bu barədə ANS-ə açıqlama verən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Gəncədə məskunlaşmış Xocalı sakinləri ilə görüşlərin də nəzərdə tutulduğunu bildirib: “Xocalı soyqırımı bizim üçün ağır bir faciədir, eyni zamanda, ölkəmizin, xalqımızın qan yaddaşıdır”.

Elmar Vəliyev onu da söyləyib ki, bu ilin yanvarında – Xocalı faciəsinin ildönümü ərəfəsində Gəncənin Şəhidlər Xiyabanında Azərbaycan torpaqları uğrunda canlarından keçmiş bütün şəhidlərin ruhuna ehtiram əlaməti olaraq abidə ucaldılıb: “Hündürlüyü 18, diametri isə 6 metr olan abidə kompleksi səkkizguşəlidir və içərisində əbədi məşəl qoyulub”.


Şərhlər