Əkrəm Əylisli özünə qadağa qoydu
16 Fevral 2013 Şənbə 19:55
Yazıçı Əkrəm Əylisli: Mən artıq Azərbaycan mətbuatına qapalıyam.
PEN-Klubun Azərbaycan bölməsinin rəhbəri Çingiz Abdullayev Rusiya PEN-Klubunun qalmaqallı “Daş yuxular” əsərinə görə tənqid və təhdid olunan Əkrəm Əylisli haqqında prezident İlham Əliyevə müraciətinə cavab verib. Ç.Abdullayev deyib ki, Azərbaycan Yazıçılar Birliyi “Daş yuxular”lar bağlı açıqlamasından yazıçı yaradıcılığının onun şəxsiyyətindən ayrı tutulması ilə bağlı xalqa müraciət edib.

“Biz söz azadlığının tərəfdarıyıq, biz bunu demokratik hökumətin əsas prioriteti hesab edirik, biz Əkrəm Əylisliyə qarşı olan bütün şəxsi hücumlara qarşıyıq, amma onun yaradıcılığı ilə də biz razılaşmaq istəmirik və bilmərik də. Müraciətimizin əsas mahiyyəti bu idi. Hər bir yazıçının söz azadlığından çıxış edərək bu əsəri müdafiə etməyimizi lazım bilmədiyimi göstərən bu müraciətə eyni zamanda PEN-Klub da qoşulub. Əlbəttə, bu şəraitdə mən xalqımın tərəfində çıxış edirəm. Hətta Rusiyadakı və başqa PEN-klublardan olan dostlarım tərəfindən səhv başa düşülməyimdən ehtiyatlanıram. Ümumiyyətlə bu məsələdə yazıçı deyil, psixoloq olmaq lazımdır”.

Ötən gün “Daş yuxular”dan sonra yaranan durumla bağlı məqamlara bir daha aydınlıq gətirilməsi üçün Əkrəm Əylisli ilə görüşüb müsahibə almaq istədik. Fikrimizi Əylisliyə bildirəndə cavabı belə oldu: “Mən artıq Azərbaycan mətbuatına qapalıyam. Bundan sonra heç bir məsələ ilə bağlı heç bir mətbuat orqanına müsahibə, açıqlama verməyəcəyəm. Çünki mən bir çox media orqanlarının səmimiliyinə inanmıram”.

Yada salaq ki, xalq yazıçısı və prezidentin fəxri təqaüdü də əlindən alınandan sonra yazıçı təxminən eyni açıqlama ilə çıxış etmişdi. Ancaq bundan sonra Ə.Əylisli hətta İctimai Televiziyada debatlara da qatıldı.

Ekspertlər isə bildirir ki, yazıçının bu mövqeyi beynəlxalq dəstəklə bağlı ola bilər. Yada salaq ki, son günlər ABŞ Dövlət Departamentinin sözçüsü, Rusiya PEN-Klubu Əkrəm Əylislinin Azərbaycanda sərt tənqid olunmasına, eləcə də sağlamlığı ilə bağlı təhdidlərlə üzləşməsinə qəti etirazını bildirmişdi. Yada salaq ki, Əkrəm Əylislini müdafiə edən qurumlar arasında erməni diaspor təşkilatları da var.


DOSTLARINLA PAYLAŞ:

oyunlar