Dünyada ən ucuz başa gələn stadion
02 Mart 2013 Şənbə 10:17
Bakıda tikilən stadion bütün parametrlərə görə, London olimpiya stadionundan üstün olacaq.
Dövlət Neft Fondu Azərbaycan qazının Türkiyə ərazisi vasitəsilə Avropaya çatdırılmasını nəzərdə tutan Transanadolu qaz kəmərində, yəni TANAP-da yalnız maliyyəçi kimi deyil, həm də səhmdar kimi iştirak edəcək. Bu barədə Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev açıqlama verib.
Rövnəq Abdullayev 2015-ci il Avropa Olimpiya Oyunlarının keçiriləcəyi olimpiya stadionu barədə danışıb. Rövnəq Abdullayevin sözlərinə görə, bu, dünyada ən ucuz başa gələn stadion olacaq. Stadionun tikintisi ilə bağlı ilkin xərclər 640 milyon dollar nəzərdə tutulub. Amma bu vəsait bir qədər arta da bilər. AFFA prezidenti bu idman arenasını 902 millon dollara başa gələn London olimpiya stadionu ilə müqayisə edib və üstünlüyün Azərbaycanda olduğunu bildirib: “Onlarda 25 000, bizdə 64 000 əsas, 4 000 müvəqqəti yerdir. Onlarda üstünün örtülməsi 27 %-dir, bizdə 80 %-in üstü örtüləcək. Bu stadionun bütün parametrləri London olimpiya stadionundan üstün olacaq. Əgər şəffaflıqdan danışırıqsa, London olimpiadasını şəffaf qəbul edirsinizsə, onda hazır olanda bütün qeyri-hökumət təşkilatlarını, hətta jurnalistləri dəvət edirəm. Baxın, hansı stadion nə cür başa gələcəkdir”.



DOSTLARINLA PAYLAŞ:

oyunlar