Dəmiryolçular Qurban bayramını qeyd edib
27 Oktyabr 2012 Şənbə 17:32
Onlar mərhəmətə, qayğıya ehtiyacı olanlara bayram hədiyyələri aparıblar.
Nəqliyyat Nazirliyinin təşəbbüsü ilə dəmiryolçular Qurban bayramında seriya tədbirlər keçirirlər. Belə tədbirlərdən biri də Bilgəh və Mərdəkan qəsəbələrində düzənlənib.

“Azərbayjan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Dəmir yollarının və texniki qurğularının təmir-tikinti Departamentinin kollektivi Qurban bayramında Bakı şəhəri Baş Səhiyyə İdarəsinin 2 saylı ağ ciyər vərəm sanatoriyasında, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Müalicə Pansionatı, 3 №-li internat məktəbi və Müharibə və Əmək Əlilləri üçün Pansionatında olublar. Cəmiyyətin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumat görə, onlar burada məskunlaşan mərhəmətə, qayğıya ehtiyacı olanlara nahar yeməyi, çeşidli meyvələr, dadlı şirələr, bayram hədiyyələri gətiriblər.

Belə xeyirxah əməllər ulu Tanrıya sevgi və sədaqətin əyani nümunəsidir. Hər halda kasıba, imkansıza əl tutanlar, onların qayğılarına şərik olanlar dünyada müqəddəslik deyilən əbədi inanja ləyaqətlə xidmət edənlərdir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar