Dado niyə həbs edilib?
07 Mart 2013 Cümə Axşamı 20:02
Daxili İşlər Nazirliyi gənc reperin həbsinə aydınlıq gətirib.
Daxili Işlər Nazirliyi “Dado” kimi tanınan reper Səid Əliyevin həbsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə “ANS Press”-ə açıqlamasında deyib ki, Səid Əliyev Bakının Nəsimi rayonu ərazisində konkret hüquqpozma faktına görə saxlanılıb və barəsində inzibati həbs qərarı çıxarılıb.

Nazirlik rəsmisi reperin bir müddət əvvəl ifa etdiyi “YPX'” adlı mahniya görə həbs edilməsi iddialarını birmənali şəkildə təkzib edib: “Səid Əliyev ictimai qaydanı mühafizə funksiyasini yerinə yetirən edən polis əməkdaşlarinin qanuni tələbinə qəsdən tabe olmadığına görə saxlanılıb. Nəsimi rayon məhkəməsinin qərarı ilə onun barəsində 10 sutka müddətində inzibati həbs qərarı çıxarılıb”.



DOSTLARINLA PAYLAŞ:

oyunlar