Ölkə

Cəbhədə vəziyyət gərginləşib

Ermənilər Silahlı Qüvvələrimizin mövqeləri avtomat, pulemyot və iriçaplı pulemyotlardan atəşə tutublar.

· Xəbərçi
Cəbhədə vəziyyət gərginləşib
Cəbhədə vəziyyət gərginləşib. Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistanın Berd rayonunun Çinarlı və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq və Əlibəyli kəndlərində, Noyemberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçuayrım kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Ağdam rayonunun işğal olunmuş Nəmirli, Qaraqaşlı və Şuraabad, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən movqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri avtomat, pulemyot və iriçaplı pulemyotlardan atəşə tutulub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

Şərhlər