Bulvarda konsert keçiriləcək
31 Dekabr 2012 Bazar Ertəsi 01:41
Bulvarda tanınmış incəsənət ustalarının iştirakı ilə konsert keçiriləcək.
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibəti ilə Bakıda atəşfəşanlıq olacaq. Bakı şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən ANS PRESS-ə verilən verilən məlumata görə, dekabrın 31-i Bulvar ərazisində tanınmış incəsənət ustalarının iştirakı ilə geniş konsert keçiriləcək. Saat 23:00-da, Yeni ilin gəlişi ilə bağlı möhtəşəm atəşfəşanlıq təşkil ediləcək.

Bayram ərəfəsində bulvara gələn əhalinin sıxlığını nəzərə alaraq Bakı şəhər Bulvar İdarəsi gücləndirilmiş iş rejiminə keçib.

Qeyd edək ki, bayram günləri ilə əlaqədar olaraq Bakı Metropoliteni xüsusi iş rejiminə keçdiyini elan edib. Metropolitendən verilən məlumata görə, məqsəd paytaxtda keçiriləcək bayram mərasimlərinə sərnişinlərin rahat gediş-gəlişini təmin etməkdir. Bu günlərdə metropoliten ehtiyat qatarlarını işə salacaq. Tətil günlərində metropolitenin iş rejimi depoda “Qaynar ehtiyat” adlı ehtiyat nəqliyyat vasitələri ilə tənzimlənəcək. Həmçinin tətil günlərində metroda təhlükəsizliklə bağlı iş rejimi də gücləndiriləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar