Bu gün iki rayonda su olmayacaq
19 Fevral 2013 Çərşənbə Axşamı 13:12
Yeni çəkilmiş 500 mm diametrli magistral su xətti şəbəkəyə qoşulur.
Bu gün və sabah Bakı şəhəri Səbail rayonunun Badamdar və Bayıl qəsəbələrinin bəzi yerlərinə, eləcə də Yasamal rayonunun Yeni Yasamal yaşayış massivinin bir hissəsinə içməli su müəyyən məhdudiyyətlərlə veriləcək.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti şöbəsindən ANS PRESS-ə verilən məlumatına görə, istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə Bakı şəhəri Yasamal rayonu M.Müşfiq küçəsində yeni çəkilmiş 500 mm diametrli magistral su xətti şəbəkəyə qoşulur. Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar