Balakəndə zəlzələ oldu
05 Dekabr 2012 Çərşənbə 17:54
Yeraltı təkanlar 3 bal təşkil edib
Bu gün saat 17:13 radələrində Balakəndə növbəti dəfə 3,6 maqnitudalı zəlzələ baş verib.
ANS PRESS-in Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Zaqataladan 29 km qərbdə, Balakən- Gürcüstan sərhədində baş verən zəlzələ Balakən rayonunda 3 bala qədər hiss olunub.
Qeyd edək ki, bu gün saat 15:49 radələrində Zaqataladan 31 km qərbdə, Balakən-Gürcüstan sərhədində 3,6 maqnitudalı zəlzələ baş verib. Zəlzələ Balakən rayonunda 3 bala qədər hiss olunub.
Tikililərdə dağıntı yoxdur.
DOSTLARINLA PAYLAŞ: