Ölkə

Bakıya yeni komfortlu vaqonlar gətirildi

Onların yarısı kupe, yarısı isə SV tipli vaqonlardır.

· Xəbərçi
Bakıya yeni komfortlu vaqonlar gətirildi
“Azərbaycan Dəmir Yolları” ASC-nin təmir üçün Ukraynanın Dnepropetrovsk vaqon təmiri zavoduna göndərdiyi 50 vaqondan 10-u artıq Bakıya gətirilib. Neytral.Az-ın QSC-yə istinadən verdiyi məlumata görə, vaqonlarda yüksək səviyyəli təmir-bərpa işləri aparılıb və komfortliu şərait yaradılıb.

Onların yarısı kupe, yarısı isə SV tipli vaqonlardır. Yeni vaqonların həm beynəlxalq, həm də yerli marşrutlarda istifadə olunması nəzərdə tutulub. Hələ ki, vaqonların nə foto, nə də video çəkilişinə icazə verilmir. Onlar ictimaiyyətə prezident İlham Əliyev baxış keçirdikdən sonra təqdim olunacaq.

Şərhlər