Ölkə

Bakıda qadın məhkum xəstəxanada öldü

Ofeliya İsayeva Penitensiar Xidmətin Müalicə Müəssisəsində müalicə alırmış.

· Xəbərçi
Bakıda qadın məhkum xəstəxanada öldü
Bakıda müalicə müəssisəsində qadın məhkum dünyasını dəyişib. Nizami rayon prokurorunun köməkçisi Mobil Şəfiyevin ANS PRESS-ə verilən məlumata görə, Penitensiar Xidmətin Müalicə Müəssisəsində müalicə olunan məhkum, 1957-ci il təvəllüdlü Ofeliya İsayeva dünyasını dəyişib.

Ölümün səbəbləri barədə əlavə məlumat verilmir. Faktla bağlı araşdırma aparılır.

Şərhlər