“Yolda 4 hərəkət istiqaməti olacaq. Yolun artıq 1 kilometrinə ikiqat asfalt örtüyü çəkilib. 4 kilometr ərazidə torpaq bərkitmə işləri yerinə yetirilir”, - deyə Pünhan Mürsəliyev əlavə edib.
P.Mürsəliyev qeyd edib ki, bu yolun yenidən qurulması ilə bağlı yaşayış və qeyri-yaşayış obyektləri söküləcək.
“Bütün yaşayış və qeyri-yaşayış obyektləri söküləcək. Bundan başqa, kommunikasiya xətlərinin də yeri dəyişdiriləcək. Bütün bunlar vaxt tələb edir”, - P.Mürsəliyev qeyd edib.
O, həmçinin bildirib ki, bu yaxınlarda yolun 4,12 km-lik hissəsi istifadəyə veriləcək.







Şərhlər