Ölkə

Bakıda əsas prospektinin biri bağlandı

Yolun bağlanması tikinti işləri ilə əlaqədardır

· Xəbərçi
Bakıda əsas prospektinin biri bağlandı
Paytaxtın əsas prospektlərindən biri bağlanıb. Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi idarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun ANS PRESS-ə verdiyi məlumata görə, Heydər Əliyev prospektinin “Şəfa” stadionun qarşısından keçən hissəsində ikinci dərəcəli yollar hər iki istiqamətdə avtomobillərin hərəkəti üçün bağlanıb. Piyada keçidinin tikintisinə görə bağlanan yolların nə vaxt açılacağı məlum deyil.

Şərhlər