Bakı Naxçıvan reysində problem yaranıb
20 Fevral 2013 Çərşənbə 10:48
Bakı Naxçıvan reysindəki problemin səbəbi güclü dumandır.
Paytaxtdan saat 09:00-da uçmalı olan Bakı-Naxçıvan reysi Naxçıvanda hava şəraitinin dumanlı olması səbəbindən yubanır.

Bu barədə Trend-ə Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumat verilib. Aeroportdan deyildiyi kimi, hələlik reys saat 11:00-dək yubanır.

Lakin onun dəqiq nə vaxt yola salınacağı Naxşıvandakı hava şəraitindən asılı olacaq. Müvafiq olaraq paytaxta saat 12.00-da yerə enməli olan Naxçıvan-Bakı reysinin həyata keçirilməsi də ləngiyir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar