Bakı metrosunda yenə problem yaranıb
20 Fevral 2013 Çərşənbə 15:02
Qatarların gecikməsinin yeni siqnal sisteminin tətbiqi ilə əlaqədar olduğu bildirilir.
Bakı Metropolitenində qatarların hərəkətində gecikmə müşahidə edilir. Trend-in məlumatına görə, metropolitenin baş mühəndisi Fuad Tağızadə gecikmənin yeni siqnal sisteminin tətbiqi ilə bağlı olduğunu bildirib.

Onun sözlərinə görə, yeni sistemin tətbiqi ilə əlaqədar qatar və xətlərdə bəzən kiçik nasazlıqlar yaranır ki, bu da qatarların hərəkətində gecikməyə səbəb olur.

"Hazırda yeni siqnal sistemi tətbiq edilir və stansiyalarda yaranan qısamüddətli gecikmələlər məhz bununla əlaqədardır. Bakı Metropolitenində heç bir digər problem yoxdur və ola da bilməz", - baş mühəndis qeyd edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar