Azərbaycanda qar yağacaq, şaxta olacaq
12 Noyabr 2012 Bazar Ertəsi 13:06
Noyabrın 13-dən dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti gözlənilir
Noyabrın 13-dən 15-dək Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlüyü, atmosfer təzyiqinin xeyli tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında noyabrın 13-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gün ərzində yağış yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-11, gündüz 11-14 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah arabir yağış yağacağı, ayrı-ayrı rayonlarda intensiv olacağı, dağlıq ərazilərdə yağıntıların qara keçəcəyi ehtimalı var. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-11, gündüz 11-15, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti olacağı gözlənilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar