Ölkə

Adambaşına 246 manat gəlir düşüb

Dövlət Statistika Komitəsi yanvar ayında əhalinin gəlirlərini açıqlayıb.

· Xəbərçi
Adambaşına 246 manat gəlir düşüb
Bu ilin yanvar ayında əhalinin gəlirləri 2012-ci ilin eyni ayı ilə müqayisədə 5,3 faiz artaraq 2,3 milyard manat təşkil edib, onun hər nəfərə düşən həcmi orta hesabla 246,1 manat olub.

Dövlət Statistika Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, hər nəfərə düşən gəlirlər 3,9 faiz artaraq istehlak qiymətlərinin bahalaşmasını 3,1 faiz bəndi üstələyib, yəni hər nəfərə gəlirlər real ifadədə 3,1 faiz artıb.

Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 2,7 milyard manat həcmində və ya əvvəlki ildəkindən 5,0 faiz çox vəsait qalıb.

Şərhlər