Gəncənin baş planı hazırlanarkən burda tramvay və yeni marşrut xətlərinin çəkilməsi də nəzərdə tutulub.
Memarlıq və Şəhərsalma üzrə Dövlət Komitəsi Azərbayçanın 10 şəhərinin baş planını hazırlayıb. Bunlar Masallı, Ağstafa, Ağsu, Beyləqan, Qazax, Qəbələ, Lerik, Horadiz, İmişli və Oğuz şəhərləridir. Bununla yanaşı Gəncə və Sumqayıt şəhərlərinin də baş planı artıq hazırdır.
Memarlıq və Şəhərsalma üzrə Dövlət Komitəsinin şəhərsalma şöbəsinin müdiri Ağasəlim Əzizovun sözlərinə görə, şəhərlərin baş planı ərazi üzrə icra hakimiyyətlərinin müraciəti əsasında 20 ildən bir hazırlanır.
Şöbə müdirinin sözlərinə görə, Gəncənin baş planı hazırlanarkən burda tramvay və yeni marşrut xətlərinin çəkilməsi də nəzərdə tutulub. Sumqayıt şəhərinin baş planında isə yaşıllıq zonalarının sayı artırılıb.
Qeyd edək ki, bu il daha 5 şəhərin Qusar, Xaçmaz, Naftalan, Göranboy və Gölgölün baş planı hazırlanacaq.