Zəlimxan Yaqubun poeması Təbrizdə nəşr olunub
26 Avqust 2010 Cümə Axşamı 20:15
"Peyğəmbər" poeması digər Şərq xalqlarının dillərinə də tərcümə olunacaq.
İranda Azərbaycanın xalq şairi Zəlimxan Yaqubun poemasının dərc olunduğu kitabı işıq üzü görüb. Görkəmli ədibin “Peyğəmbər” poeması bu günlərdə Təbrizdəki “Əxtar” nəşriyyatında nəfis şəkildə çapdan çıxıb. Kütləvi tirajla nəşr olunan bu kitabı ərəb əlifbasına Cənubi Azərbaycan şairi Səxavət İzzəti çevirib.
İranlı soydaşımız oxuculara Zəlimxan Yaqubun “Peyğəmbər” poeması haqqında geniş məlumat verir, onun sənətkarlıq xüsusiyyətləri haqqında söhbət açır.
Yaxın vaxtlarda bu əsərin digər Şərq xalqlarının dillərinə tərcümə olunması nəzərdə tutulur. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: