Bu barədə APA-ya AYB-nin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu məlumat verib.
M.Aslan 1939-cu il dekabrın 24-də Azərbaycanın Kəlbəcər rayonunun Laçın kəndində ziyalı ailəsində anadan olub. «Ulduz», «Azərbaycan təbiəti» jurnallarında, «Azərbaycan gəncləri», «Ədəbiyyat və incəsənət» qəzeti redaksiyalarında işləyib, «Yazıçı» nəşriyyatında böyük redaktor vəzifəsində çalışıb.
M.Aslanın AzTV-də hazırladığı «Dərədən-təpədən» verilişi ilə böyük tamaşaçı sevgisi qazanmışdı, son illər «Xəzər» televiziyasında müəllif verilişi ilə çıxış edirdi.
Allah rəhmət eləsin! APA
Şair Məmməd Aslan vəfat edib
Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, şair Məmməd Aslan vəfat edib.




Şərhlər