Tanınmış skripka ifaçısı Kazbek Əliyev vəfat edib. Mərhumun qohumlarının ANS PRESS-ə verdiyi məlumata görə, 48 yaşlı K. Əliyevin 3 gün əvvəl qan təzyiqi yüksəldiyindən səhhəti pisləşib. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Üç gün koma vəziyyətində qalan K. Əliyev dünən dünyasını dəyişib və Sumqayıt şəhərində dəfn olunub.
Xatırladaq ki, Kazbek Əliyev 1961-ci ildə Sumqayıt şəhərində anadan olub. Dövlət Musiqi Akademiyasının kamança bölməsini bitirib.
Allah Rəhmət eləsin!
/ANS PRESS/