Dəyərli adlar bədii uşaq filminin çəkilişlərinə başlanılıb
10 Avqust 2014 Bazar 09:57
Azərbaycanfilm kinostudiyasında Dəyərli adlar tammetrajlı bədii uşaq filminin çəkilişlərinə başlanılıb.
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında “Dəyərli adlar” tammetrajlı bədii uşaq filminin çəkilişlərinə başlanılıb.

ANS PRESS AzərTAc-a istinadən bildirir ki, filmin rejissorları xalq artisti Rafiq Əliyev və Cavid Təvəkkül, operatoru Rauf Qurbanəliyevdir. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilən ekran əsəri uşaqlar arasında ünsiyyətdən, onların həyata, müasir texnologiyaya münasibətindən bəhs edir.

Filmdə indiki uşaqların keçmişdə yaşıdlarının yaşadığı həyat tərzi, onların münasibətləri göstərilir. Çəkilişlərə 300-400 məktəbli cəlb edilib. Əsas qəhrəmanlar Solmaz, Çinarə, Xalid və Asifdir. Baş qəhrəman Xalid obrazını Bakı şəhəri 1 nömrəli orta məktəbin şagirdi Tamerlan Ağayev oynayır.

“Dəyərli adlar”ın bu ilin sonunda kinosevərlərin ixtiyarına veriləcəyi planlaşdırılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar