Xalq artisti Rauf Babayev xestexanaya yerleşdirildi
08 Avqust 2014 Cümə 12:08
Xalq artisti, Qaya qrupunun bedii rehberi Rauf Babayev 5 saylı Şeher Klinik Xestexanasına yerleşdirilib.
ANS PRESS-in melumatına göre, bu barede Rauf Babayev APA-ya danışıb. Bildirib ki, avqustun 7-de sehhetine ciddi problem yaranıb: “Konkret olaraq diaqnoz mikroinsultdur. Müalice alıram. Xestexananın reanimasiya şöbesinde mene ayrıca palata ayırıblar, hekim nezaretindeyem”.
Rauf Babayev elave edib ki, xestexana şeraitinde müalicesi avqustun ortasına kimi davam edecek: “Xestexanada yatmaq istemirdim, amma hekimler dediler ki, evde müalice helelik tezdir, bir müddetden sonra eve buraxacaqlar”.
DOSTLARINLA PAYLAŞ: