Azər Rzazadə dünya şöhrətli amfiteatrda ifa etdi
17 Sentyabr 2014 Çərşənbə 11:07
Azər Rzazadə: Bütün konsertlərdə Azərbaycanın adını hər zaman yüksəltməyə çalışıram.
“İtaliyanın Verona şəhərindəki dünya şöhrətli “Arena Di Verona” opera və simfonik musiqisi amfiteatrındakı çıxışım xüsusilə yadda qalacaq”.
Bu sözləri İtaliyanın Verona şəhərində keçirilən Azərbaycan musiqisi konsertinin iştirakçısı, gənc vokalçı Azər Rzazadə deyib. Onun sözlərinə görə, bu gözəl səhnədə yer almaq böyük məsuliyyət və yüksək hazırlıq tələb edir. Buna baxmayaraq konsertin uğurla keçməsi üçün əlimizdən gələni etdik:

“Açıq havada keçirilən konsertdə ifam zamanı yağış yağmasına baxmayaraq tamaşaçılar arenanı tərk etmədi. Bu da Azərbaycan musiqisinin onlarda yaratdığı böyük təəssüratın göstəricisidir”.

Azərbaycan dövləti tərəfindən daim dəstək gördüyünü deyən gənc vokalçı bildirib:

“İştirak etdiyim bütün konsertlərdə Azərbaycanın adını hər zaman yüksəltməyə çalışıram”.

Qeyd edək ki, A.Rzazadə dünyanın məşhur “La Scala” Vokal Akademiyasına qəbul olan ilk azərbaycanlıdır. Hazırda həmin akademiyada təhsilini davam etdirir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar