Məşhur aktyor Khan Bonfils səhnədə öldü
08 Yanvar 2015 Cümə Axşamı 22:17
Məşhur aktyor Khan Bonfils rol aldığı teatr səhnəsinin sınaq çəkilişləri zamanı yıxılaraq ölüb.
Məşhur aktyor Khan Bonfils rol aldığı teatr səhnəsinin sınaq çəkilişləri zamanı yıxılaraq ölüb.

ANS PRESS-in məlumatına görə, kino əfsanəsi sayılan "Star Wars"un daimi aktyorlarından olan Khan Bonfils 42 yaşında ölüb. Məşhur aktyorun faciəli ölümü kino dünyasını və xüsusilə "Star Wars" pərəstişkarlarını üzüb.

Dünyanı sarsıdan ölüm Londonda baş verib. Dantenin "İlahi" komediyasında rol alan aktyor Khan Bonfils qəfildən ağlını itirərək yerə yıxılıb. Aktyorun yer aldığı Craft adlı teatr qrupunun sözçüsü Kris Hislop, rejissor Rocky Rodriguez təcili yardım gəlməzdən əvvəl aktyora ürək masajı və ilk yardım etsələr də bunlar kifayət etməyib.

Aktyorun qəfil ölüm səbəbi hələ açıqlanmayıb.

Khan Bonfils


DOSTLARINLA PAYLAŞ:

oyunlar