Heydər Əliyev Sarayında konsert veriləcək
21 Avqust 2014 Cümə Axşamı 12:51
Heydər Əliyev Sarayı yeni mövsümü “İsti payızın sərin nəğmələri” adlı geniş konsert proqramı ilə açacaq.
Hər il yeni konsert mövsümünə böyük məsuliyyətlə hazırlaşan Heydər Əliyev Sarayı yenə də zəngin proqramla qapılarını tamaşaçıların üzünə açacaq. Bu mövsümdə də paytaxtımızın sakinləri və şəhərimizin qonaqları sarayın səhnəsində maraqlı, rəngarəng, möhtəşəm konsert və tədbirlərə tamaşa edəcəklər.

Heydər Əliyev Sarayının mətbuat xidmətindən ANS PRESS-ə bildiriblər ki, yeni konsert mövsümü sentyabrın 19-da “İsti payızın sərin nəğmələri” adlı geniş konsert proqramı ilə açılacaq.

Heydər Əliyev Sarayının təşəbbüsü ilə keçiriləcək konsertdə ölkəmizin tanınmış sənətçiləri iştirak edəcəklər.

Konsertin biletlərini şəhərimizin kassalarından əldə etmək olar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar