Zamiq, Röya və Sevda Naxçıvandan qayıdıb
18 May 2010 Çərşənbə Axşamı 19:25
Müğənnilər Zamiq, Röya və Sevda orada ikigünlük konsert verib.
Populyar müğənnilər Zamiq Hüseynov, Röya Ayxan və Sevda Yəhyayeva "Xalq konsertləri" layihəsi çərçivəsində Naxçıvan Muxtar Respublikasında olub. Müğənni Zamiq Hüseynovun mətbuat katibinin ANS PRESS-ə verdiyi məlumata görə, "üçlük" 15 və 16 may tarixlərində Naxçıvandakı H.Əliyev Sarayında çıxış edib.

Konserti Sevda Yəhyayeva öz ifası ilə açıb. Onun ardınca Röya və Zamiq "Ayrılıq nəğməsi" və "Mənimlə qal" duetlərini oxuyub. Daha sonra "üçlük" Naxçıvanı dünyaya tanıtdıran məşhur mineral suya həsr edilmiş "Badamlı" mahnısını ifa edib.

Konsertin sonunda Zamiqin repertuarından olan "Azərbaycan" mahnısı "üçlüyün" ifasında səslənib. Mətbuat katibinin sözlərinə görə, naxçıvanlılarla isti münasibət qurmağı bacaran Zamiq daha bir konsert təklifi alıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar