Yük maşını aşdı, yola 20 ton balıq dağıldı
29 Oktyabr 2013 Çərşənbə Axşamı 17:12
Qəza nəticəsində 2 nəfər ağır yaralanıb
Gəndob-Yalama yolunun 6-cı kilometrliyində, Şabran rayonunun Şahnəzərli kəndi ərazisində yol nəqliyyat hadisəsi baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Bakıdan Xaçmaz istiqamətində hərəkətdə olan, 30 yaşlı Zöhrab Qasımovun idarə etdiyi “VAZ-2109” markalı, 27 BC 983 dövlət nömrəli avtomobil, Bakı istiqamətində hərəkət edən Rusiya dövlət nömrə nişanlı “VOLVO” markalı yük maşını ilə toqquşub.

Qəza nəticəsində Zöhrab Qasımov və həyat yoldaşı 32 yaşlı Naidə Qasımova müxtəlif bədən xəsarətlərilə Şabran rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qəza nəticəsində yük maşını yolun kənarına aşıb. Onun yük hissəsində olan və Türkmənistana daşınması nəzərdə tutulan balıq məhsulunun hamısı ətrafa səpələnib. Bakı istiqamətində hərəkət edən “VOLVO”nun sürücüsü Rusiya Federasiyasının Dağıstan Respublikasının sakini 44 yaşlı Qusen Çopanovdur. Əraziyə FHN-nin xilasediciləri cəlb olunub. Yola 20 ton balıq dağılıb Qəza nəticəsində yolda öyük tıxac yaranıb. Yol 40 dəqiqə bağlanıb.

Qəza nəticəsində yolun hərəkət hissəsində müvəqqəti tıxac yaranıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar