“Yeşilçam”ın məşhur aktrisası Fatoş Sezer vəfat etdi
02 İyun 2011 Cümə Axşamı 05:57
Fatoş Sezer bu gecə yuxuda ikən keçirdiyi infarkt nəticəsində ölüb.
Türkiyə kinematoqrafiyası “Yeşilçam”ın tanınmış aktrisası Fatoş Sezer vəfat edib. ANS PRESS Türkiyə mətbuatına istinadən xəbər verir ki, 53 yaşlı aktrisa bu gecə yuxuda ikən keçirdiyi infarkt nəticəsində ölüb.

Qeyd edək ki, 1980-ci ildə mankenliyə başlayaraq şou-beznes dünyasına ilk addımını atan Sezer 1984-cü ildən peşəkar səviyyədə teatr və fəlmlərdə çəkilməyə başlayıb. 50-yə yaxın filmdə, bir çox teatr və serialda rol alan Fatoş Sezer 1988 – 96-cı illərdə Fransada teatrlardan birində fəaliyyət göstərib.

Xatırladaq ki, Fatoş Sezer 1988-ci ildə Antalya kino festivalında rejissor Halit Refiqin “Kurtar Beni” filmi ilə ən yaxşı köməkçi qadın aktrisa mükafatına layiq görülüb.

Aktrisa ölümündən əvvəl “'Rugby Türkiye” və “Auto Türkiye” jurnallarında incəsənət üzrə redaktor işləyib.

Allah Rəhmət eləsin. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar