Məşhur rusiyalı yazıçı və ssenarist Georgi Vayner ABŞ-ın Nyu-York şəhərində vəfat edib.
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, 1990-cı ildən bəri ABŞ-da yaşayan yazıçı uzun müddətdir xəstəlikdən əziyyət çəkirdi.
G. Vayner 1938-ci ildə doğulub. O, qardaşı Arkadi ilə birlikdə bir çox detektiv romanın müəllifidir. Qardaşı ilə yazdığı 150-dən çox kitabın arasında “Ya sledovatel”, “Vizit k Minotavru”, “Qonki po vertikali”, “Çası dlya mistera Kelli” kimi populyar əsərlər də var. 1979-cu ildə rejissor Staniuslav Qovoruxin Vaynerlərin “Era miloserdiya” kitabı əsasında məşhur “Mesto vstreçi izmenit nelzya” filmini çəkib. G. Vayner SSRİ Yazıçılar İttifaqının və Daxili İşlər Nazirliyinin çoxsaylı mükafatlarına layiq görülüb.
APA