Yay tətili günlərində çəkilmiş ən yaxşı şəkil foto müsabiqəsi elan edilib
16 İyun 2011 Cümə Axşamı 10:36
Fotolar CD formatında oktyabrın 1-dək ADU-ya təqdim edilməlidir
Azərbaycan Fotoqraflar Birliyi (AFB) və ADU-nun ictimaiyyətlə əlaqələr və mətbuat xidməti tələbələr arasında “Yay tətili günlərində çəkilmiş ən yaxşı şəkil” adlı foto - müsabiqə elan edib. Azərbaycan Dillər Universitetinin (ADU) ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Zeynab Kazımova bildirib ki, müsabiqənin şərtlərinə görə, ADU tələbələri yay tətili günlərində yaşadıqları gözəl anları, xoş dəqiqələri fotoaparatın lentinə köçürməlidirlər. AFB-dən seçilən münsiflər heyəti maraqlı hesab edilən fotoların müəlliflərini təyin edəcək və onları müxtəlif hədiyyələrlə təltif edəcək. Bundan əlavə, həmin fotolardan ibarət sərginin keçiriləcəyi də nəzərdə tutulur. Fotolar CD formatında 2011-ci il oktyabrın 1-dək ADU-nun ictimaiyyətlə əlaqələr və çətbuat xidmətinə təqdim edilməlidir.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar