Yaşar Nurinin səhhəti pisləşib
06 Noyabr 2010 Şənbə 20:35
Aktyor Yaşar Nuri huşsuz vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Azərbaycanın xalq artisti Yaşar Nurinin səhhəti pisləşib. Bu barədə ANS PRESS-ə aktyorun qonşuları məlumat veriblər. Məlumata görə, bu gün axşam saat 19:30 radələrində Yaşar Nurinin səhhəti qəfildən pisləşib. Sənətçi təcili yardım maşını ilə "Medi Club" Tibbi Mərkəzinə aparılıb. Qonşunun sözlərinə görə, Yaşar Nuri xəstəxanaya aparılarkən huşu özündə olmayıb.

"Medi Club" Tibb Mərkəzi isə məlumat nə təkzib, nə də təsdiq etdi. Sadəcə olaraq “xəstələr haqqında heç bir məlumat verə bilmərik” deməklə kifayətləndilər.

Xatırladaq ki, aktyor 2008-ci ilin may ayında Türkiyədə qara ciyərindən əməliyyat olunub. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar