Yaşar Nurinin doğum günüdür
03 Sentyabr 2013 Çərşənbə Axşamı 14:27
Aktyor Yaşar Nuri Fəxri Xiyabanda anılacaq.
Bu gün Aəzrbaycanın xalq artisti Yaşar Nurinin doğum günüdür. O, 1951-ci il sentyabrın 3-də Bakıda tanınmış aktyor Məmmədsadiq Nuriyevin ailəsində dünyaya gəlib. Səhnəyə ilk dəfə on bir yaşında “Toy kimindir?” tamaşasında Tapdıq rolunda çıxıb. Məktəbdə oxuyarkən dövlət televiziyasının “Yelkən” verilişinin aparıcılarından olub. Aktyor 1968-ci ildə Bakıdakı 173 nömrəli orta məktəbi bitirib. Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və Kino aktyorluğu fakültəsində təhsil alıb. 1974-cü ildən isə Akademik Milli Dram Teatrında işləyib. Yaşar Nuri 2012- ci il noyabrın 22 də uzun sürən ağır xəstəlikdən sonra vəfat edib. Yaşar Nuri bu gün “İkinci fəxri” xiyabanda anılacaq.



DOSTLARINLA PAYLAŞ:

oyunlar