Yaşar Nuri yanvarın sonunda Bakıya qayıdır
13 Yanvar 2011 Cümə Axşamı 23:20
Yaşar Nuri: "Bakıya gəlsəm, məndən olsa təyyarədən düşmərəm".
Xalq artisti Yaşar Nuri ANS-ə eksklüziv müsahibə verib. O, bu ayın axırında Bakıya gələcəyini deyib. “Allah qoysa, ayın axırı qayıdıram. Hər şey normaldır. Mənə böyük soyuqdəymə olub. Teatrda, tamaşada Məşədi İbad, Musiqili Komediyada Arşın mal alan, burada mənə soyuq dəydi. Ciyərlərimi qorumadım, indi isə müalicə olunuram", - deyə o vurğulayıb.
Y.Nuri Azərbaycan üçün çox darıxdığını gizlətməyib: "Bakıya gəlsəm, məndən olsa təyyarədən düşmərəm. Elə içəridən baxaram çölə. Birinci kim qabağıma çıxarsa, hətta torpaqla, hava ilə, itlə, pişiklə, siçanla, ilanla, şükranla, dostla, təki Bakıya qayıdım. Həyatla barışmaq lazımdır. İndi belə edib, bununla da barışmaq lazımdır. Buna da şükür deyirsən, sonra adam özünə gəlir”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: