Yaşar Nuri sabah xəstəxanadan çıxacaq
29 Sentyabr 2011 Cümə Axşamı 15:32
Yaşar Nuri: Artıq yubileyimə hazırlaşmalıyam.
“Bir gün yaxşı oluram, səhərisi yenidən pisləşirəm. Amma indi özümü yaxşı hiss edirəm”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycanın xalq artisti, “Şöhrət” ordenli Yaşar Nuri deyib.
Aktyor il ərzində bir neçə dəfə xəstəxanaya düşməsinin səbəbini özünü qorumamaqda görür: “Özümü çox yormuşam, o səbəbdən də belə oldu. Nəfəs çatışmazlığı məni yenidən xəstəxanaya saldı”.
Y. Nuri deyib ki, sabah - sentyabrın 30-da xəstəxanadan çıxacaq: “Artıq yubileyimə hazırlaşmalıyam. Hər birinizi yubiley tədbirində gözləyirəm, bu günün yüksək səviyyədə keçməsini istəyirəm”.
Qeyd edək ki, aktyorun 60 illiyi yubileyi oktyabrın 5-də Akademik Milli Dram Teatrında keçiriləcək.
Xalq artisti Yaşar Nurinin səhhəti sentyabrın 15-də qəflətən pisləşib. Aktyor Dövlət Gömrük Komitəsinin Hospitalının reanimasiya şöbəsinə yerləşdirilib. Xalq artisti ötən ilin sonu, bu ilin əvvəlində Türkiyənin İstanbul Memorial Xəstəxanasında da uzun müddət müalicə olunub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: