Yaqub Zurufçu ikinci dəfə ata oldu
01 Dekabr 2011 Cümə Axşamı 16:28
Əməkdar artıst Yaqub Zurufçu oğul atası olub.
Azərbaycanın əməkdar artisti, daha çox Amerika Birləşmiş Ştatlarında (ABŞ) fəaliyyət göstərən estrada müğənnisi Yaqub Zurufçu ikinci dəfə ata olub. Milli.az -ın əldə etdiyi məlumata görə, əməkdar artıstin oğlu dünyaya gəlib.

Əvvəllər İctimai Telviziyada çalışmış Aynur adlı xanımla evli olan Zurufçunun yeni doğulan körpəyə hansı adı verdiyi hələ ki, açıqlanmır.

Məlumat üçün bildirək ki, müğənninin birinci evliliyindən qız övladı var.


DOSTLARINLA PAYLAŞ:

oyunlar