Xoca filmi Londonun ən məşhur teatrında nümayiş etdiriləcək
24 Fevral 2013 Bazar 10:09
Təqdimat zamanı Xocalı faciəsi haqqında ətraflı məlumat veriləcək, faciənin tarixi haqqında məlumat çatdırılacaq.
Xocalı faciəsinin 21-ci ildönümü çərçivəsində Böyük Britaniyanın paytaxtı London şəhərində “Xoca” filmi nümayiş etdiriləcək. ANS PRESS-in xüsusi müxbirinin verdiyi məlumata görə, Vahid Mustafayevin filminin təqdimatı Londonun mərkəzindəki ən məşhur şahzadə Anna teatrında (The Princess Anne Theatre) baş tutacaq.

Qeyd edək ki, böyük kinozalı olan bu teatır Britaniyanın Film vəTeleviziya sənəti Akademiyasının ( BAFTA: Home of the British Academy of Film and Television Arts ) əsas qərargahı sayılır. London vaxtı ilə saat 18:00-da baş tutacaq təqdimat zamanı Xocalı faciəsi haqqında ətraflı məlumat veriləcək, faciənin tarixi haqqında məlumat çatdırılacaq. “Xoca” filminin nümayişində əsasən Britaniyada təhsil alan tələbələrin və bir sıra yerli rəsmilərin, o cümlədən Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin əməkdaşlarının işirakı gözlənilir.

Qeyd edək ki, film Xocalıda baş verən soyqırım və sevgidən bəhs edir. Film Əliəkbər və Günelin timsalında iki gəncin sevgisinin keçdiyi ağır imtahanı, müharibənin ən bəşəri hisslərə vurduğu dağıdıcı zərbəni, Bakıda toy və satqınlıq, Xocalıda soyqırım və şücaətin kəskin kontrastını özündə əks etdirir. Qətliamla bağlı gerçəkliklərin bəhs edildiyi və Azərbaycanın film sektoru üçün əhəmiyyətli yerə sahib olan ekran əsərində acı gerçəkliklər bütün çılpaqlığı ilə göz önünə sərilib.

Filmin çəkilişlərində 2000-ə yaxın insan iştirak edib, o cümlədən Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələridə rol alıb. Çəkilişlərdə əsl silah-sursatdan, tanklar və ağır artliyadan istifadə edilib.

Bir gecədə bir qəsəbənin tamamilə yox olduğu Xocalı qətliamı İnsan Haqları İzlemə təşkilatı tərəfindən Dağlıq Qarabağ bölgəsi işğal edildikdən sonra dinc əhaliyə qarşı törədilən ən genişmiqyaslı qırğın kimi qeyd edilib. Azərbaycanın müdafiə qüvvələrinin, Rusiya və Ermənistan ordusuna qarşı mübarizəsi tamaşaçılara dərin təsir edəcək.

Filmin yaradıcı heyəti -17 dərəcə şaxtada işləyib. Çəkilişlər zamanı 3 nəfər donma təhlükəsi keçirərək xəstəxanalıq olub. Rejissor Vahid Mustafayev və yaradıcı heyət filmi tamamlamaq üçün fasiləsiz 75 gün çəkiliş meyadanında yaşayıb.

Xatırladaq ki, Vahid Mustafayevin “Xoca” filmi “The National Hero Cengiz Mustafayev Foundation Reward”,”49th İnternational Antalya Golden Orange”, “35th Cairo İnternational”,”31th İran İnternational Fecr” film festivallarında nmüayiş edilərək böyük tamaşaçı rəğbəti qazanıb.



DOSTLARINLA PAYLAŞ:

oyunlar