XIX əsrə aid Salyan Cümə Məscidi iyunda istifadəyə veriləcək
07 Mart 2011 Bazar Ertəsi 02:26
Məscidin uçmuş 9 günbəzi yenidən tikilir, XX əsrin otuzuncu illərində məscidin dağıdılmış üç günbəz korpusu da bərpa edilir
1865-ci ildə inşa edilmiş Salyan Cümə Məscidində ötən ilin oktyabr ayından təmir və bərpa işlərinə başlanılıb. Artıq tarix və mədəniyyət abidəsində işlər başa çatmaq üzrədir. 2002-ci ildə Kür çayının daşması nəticəsində məscidin uçmuş 9 günbəzi yenidən tikilir, XX əsrin otuzuncu illərində məscidin dağıdılmış üç günbəz korpusu da bərpa edilir.

Hazırda inşaatçılar və bərpaçılar 18 metr hündürlüyü olan əsas binada çalışırlar. Cümə Məscidinin əvvəlki görkəmini bərpa etmək üçün inşaatçılar ən xırda detalları belə nəzərdən qaçırmırlar. Burada yeni istilik sistemi quraşdırılıb və məbədin ətrafında abadlıq işləri də görüləcək.

Muğan bölgəsində 18 günbəzdən ibarət yeganə tarix və mədəniyyət abidəsi olan Salyan Cümə Məscidinin bu ilin iyun ayında yenidən istifadəyə verilməsi nəzərdə tutulur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar