Xalq şairi Zəlimxan Yaqub Almatıda kitab çap etdirib
17 Yanvar 2010 Bazar 14:25
"Sürgün" Zəlimxan Yaqubun yubileyinə həsr edilib
Azərbaycan Aşıqlar Birliyinin sədri , Xalq şairi Zəlimxan Yaqubun Almatıda Azərbaycan və türk dillərində “Altın körpü” jurnalının dəstəyi ilə “Sürgün” adlı kitabı çapdan çıxıb.
Şairin 60 illik yubileyinə həsr olunmuş kitaba müəllifin 2009-cu ilin yayında Özbəkistan, Qazaxıstan, Qırğızıstana səfərləri zamanı bu ölkələrdə yaşayan Azərbaycan və türk diasporunun üzvləri ilə keçirdiyi görüşlər, həmin ərazilərə sürgün olunan soydaşlarımızla söhbətləri, respublikamızın Qırğızıstandakı səfirliyində təşkil olunan görüşlərlə bağlı materiallar, həmçinin şairin “Sürgün” poeması daxil edilib.
Kitabda şairin Dünya Axıska Türkləri Birliyi və Qazaxıstandakı “Axıska” Milli Mərkəzinin rəhbəri Ziyeddin İsmixanoğlu ilə söhbətləri də əksini tapıb. Bu görüş və söhbətlər rəngli şəkillərlə müşayiət olunur. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: