Xalq şairi Mirvarid Dilbazinin ad günüdür
19 Avqust 2010 Cümə Axşamı 04:25
Xalq şairi Mirvarid Dilbazi iki dəfə «Şərəf nişanı» ordeni, «Qırmızı Əmək Bayrağı», «İstiqlal» ordeni və medallarla təltif edilib.
Mirvarid Dilbazi 1912-ci il avqust ayının 19-da Qazax rayonunun Xanlıqlar kəndində anadan olub. 1929-cu ildə APİ-nin dil və Ədəbiyyat-İctimaiyyət fakültəsində təhsil alıb. İnstitutu bitirdikdən sonra gənc şairə Quba Partiya Məktəbinə ədəbiyyat müəllimi təyin olunub. İki ildən sonra Bakıya qayıdan Mirvarid xanım Azərbaycan EA-nın Əlyazmaları fondunda şöbə müdiri (1934-1938), Azərbaycan Dövlət Nəşriyyatında tərcüməçi (1938-1940) vəzifələrində çalışmışıb.
Xalq şairi iki dəfə «Şərəf nişanı» ordeni, «Qırmızı Əmək Bayrağı», «İstiqlal» ordeni və medallarla təltif edilib.
Şairin “Qadınların hüriyyəti” adlı ilk şeri 1927-ci ildə "Oktyabr alovları" adlı məcmuədə dərc edilib. Bu dərgidə o cümlədən şairin keçən əsrin 20-ci illərinin axırlarında yazılmış, Azərbaycan qadınlarının yeni həyat yollarını tərənnüm edən "Zəhra", "Qurtuluş", "Qadın" kimi şerləri dərc olunub. Böyük Vətən müharibəsi illərində bir çox sənətkarlarımızda olduğu kimi, M.Dilbazi yaradıcılığında da vətəni müdafiə mövzusu əsas yer tutub. Bu illərdə şairin yeddi kitabı çap olunub, bunların altısı Vətən müharibəsinə həsr edilib. “Məhsəti” (1945), “Əlcəzairli qız” (1961), “Partizan Aliyə” (1972) poemalarının müəllifidir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: