Xalq rəssamı Kamil Əliyevin 90 illiyi qeyd olunacaq
19 İyul 2011 Çərşənbə Axşamı 19:45
Xalq rəssamı Kamil Əliyevin 90 illiyi qeyd olunacaq. Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.
Azərbaycan prezidenti İlham Əliyev xalq rəssamı Kamil Əliyevin 90 illiyi haqqında sərəncam imzalayıb. 2011-ci ilin oktyabr ayında müasir Azərbaycan xalça rəssamlığı sənətinin görkəmli nümayəndəsi, Azərbaycanın xalq rəssamı Kamil Müseyib oğlu Əliyevin 90 illiyi tamam olub.
Mədəniyyət və Turizm Nazirliyinə, Rəssamlar İttifaqının təkliflərini nəzərə almaqla, Kamil Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: