Xalq artistimiz Oqtay Kazımi can üstədi
09 Avqust 2010 Bazar Ertəsi 13:15
Xalq artisti Bəstəkar Oqtay Kazıminin vəziyyəti pisləşib.
Ömrünü Azərbaycan musiqisinin inkişafına həsr etmiş xalq artisti, 78 yaşlı bəstəkar Oqtay Kazımi can üstədir. ANS PRESS-in əldə etdiyi məlumata görə, bəstəkar hazırda öz evində ailə üzvləri və sənət dostlarının əhatəsindədir.

Qeyd edək ki, 1932-ci il dekabrın 27-də Astarada anadan olmuş bəstəkar Oqtay Kazımov (Kazımi) ömrünün 50 illiyini Azərbaycan müsiqisini ikşafına həsr edərək onun zənginləşməsinə böyük töhfələr verib. Həmçinin sevilən mahnıları ilə tanınan bəstəkar eyni zamanda ağır musiqi əsərlərinin müəllifidir.

Onun xalq çalğı alətləri üçün konsertləri, Türk dünyasının böyük şəxsiyyəti Heydər Əliyevə həsr etdiyi “Millətin oyaq gecəsi” vokal simfonik poeması, “Qarabag rapsodiyası”, təntənəli uvertüraları, 60-a qədər teatr tamaşalarına bəstələdiyi musiqiləri, operettaları, dillər əzbəri olmuş müxtəlf səpkili mahnıları Azərbaycan incəsənətinin məzmununa füsunkar töhfə verməklə yanaşı tarixilik baxımından əhəmiyyətliliyi ilə fərqlənib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar