Xalq artisti Yaşar Nuri Musiqili Komediya Teatrının dəvətini qəbul edib
03 Fevral 2010 Çərşənbə 18:35
Azərbaycanın xalq artisti Yaşar Nuri Dövlət Musiqili Komediya Teatrında Üzeyir Hacıbəylinin “Ər və arvad” komediyasında Kərbəlayi Qubad rolunu canlandıracaq.
Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, teatrın baş rejissoru Yusif Əkbərovun quruluşunda hazırlanan bu operettada da xalq artistləri Afaq Bəşirqızı, İlham Əhmədov, Arif Quliyev, Fatma Mahmudova, əməkdar artistlər Elçin Həmidov, Əkbər Əlizadə, aktyorlardan Ülviyyə Əliyeva, Ema Məlikova da çıxış edəcəklər. Əsərin musiqi redaktoru, əməkdar incəsənət xadimi, Üzeyir Hacıbəylinin ev muzeyinin direktoru, bəstəkar Sərdar Fərəcovdur. Tamaşanın quruluşçu dirijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, bədii tərtibatçısı əməkdar rəsam Eldar Qurbanov, quruluşçu xormeyster Vaqif Məstanov, quruluşçu baletmeysterlər isə Zakir Ağayev və Yelena Ağayevadır. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar